İsrail ordusu 40-a yaxın Həmas silahlısını məhv etdiyini açıqlayıb

İsrail ordusu nəzarəti altında olan Qəzza zolağının cənubunda, Rəfahın altındakı tunellərdə gizlənən 40-a yaxın fələstinli Həmas yaraqlısını məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İsrail və Amerika rəsmilərinin bildirdiyinə görə, 200-ə yaxın yaraqlı bir neçə ay tunellərdə qalıb, baxmayaraq ki, onlardan bəziləri sonradan azad edilərək İsrail qüvvələri ilə toqquşmalarda öldürülüb və ya təslim olub.

Öldürülən yaraqlılar arasında ən azı üç yerli komandir, habelə sürgündə olan Həmas liderinin oğlu Qazi Həməd də var. Bəzi HƏMAS mənbələri ən azı bir komandir Məhəmməd əl-Bavabın öldüyünü təsdiqləsələr də, qruplaşma bu məlumatı rəsmi olaraq təsdiqləməyib. HƏMAS tələyə düşənlərin sayını və neçə nəfərin sağ qaldığını rəsmən təsdiqləməyib. HƏMAS-ın Qəzzadakı sözçüsü İsrail tərəfindən 40 yaraqlının öldürüldüyü iddiası ilə bağlı şərh verməkdən imtina edib.