İstanbul metrosunda qatar relsdən çıxıb

İstanbul metrosunda qatar relsdən çıxıb.

Teleqraf xəbər verir ki, sərnişinlər tunel vasitəsilə təxliyə olunub.

Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.

Hadisə 19 iyun axşamı şəhərin Bostancı rayonundakı M4 xəttində baş verib. Qatar Kadıköy bələdiyyəsindən Sabiha Gökçen hava limanına gedirdi. Qəzanın səbəbi araşdırılır.