İsveçrə Rusiya ilə müharibəyə hazırlaşır

İsveçrənin müdafiə naziri Martin Pfister ölkə üçün müharibə təhlükəsi səviyyəsini 10 ballıq şkala ilə 7 balla qiymətləndirib.

Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, nazir öz qiymətləndirməsi üçün Rusiyanın siyasətini əsas gətirib.

O bildirib ki, ölkəsi münaqişənin Ukrayna sərhədlərindən kənara çıxacağı və Qərbi Avropanı bürüyəcəyi ssenariyə hazır olmalıdır.

"Rusiya müharibə iqtisadiyyatına keçib və çoxlu sayda silah istehsal edir. Hava zərbələri ilə təhdid olunacağımız mümkündür. Bunlar İsveçrəyə də təsir edə biləcək real ssenarilərdir", - nazir xəbərdarlıq edib.