İsveçrə Rusiyaya qarşı sanksiyalara qoşuldu

İsveçrə hökuməti Rusiyaya qarşı Avropa Birliyinin 19-cu sanksiya paketinə qoşulduğunu elan edib.

Teleqraf xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının rəsmi saytında məlumat dərc olunub.

Məlumata görə, dekabrın 12-də Federal Şura Rusiya və Belarusa tətbiq olunan sanksiya tədbirlərini genişləndirib. Beləliklə, İsveçrə Avropa İttifaqı tərəfindən qəbul edilmiş 19-cu sanksiya paketinə uyğun bir sıra dəyişiklikləri həyata keçirib.

Yeni tədbirlər dekabrın 13-dən qüvvəyə minəcək.