İsveçrə Cenevrədə Ukrayna nizamlanması üzrə danışıqlara qatılacaq Rusiya nümayəndə heyətinin təhlükəsiz uçuşunu təmin etməyi öhdəsinə götürüb.
Sherg.az xəbər verir ki, TASS-ın məlumatına görə, mənbənin bildirdiyinə əsasən, ev sahibi ölkə kimi İsveçrə nümayəndə heyətlərinin təhlükəsiz şəkildə çatmasını təmin edəcək.
Fevralın 6-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ATƏT-in fəaliyyətdə olan sədri qismində Moskvaya səfər edən İsveçrənin XİN rəhbəri Ignazio Cassis ilə görüşüb. Danışıqlarda ATƏT-dəki böhran və Ukrayna münaqişəsi ətrafında dialoq imkanları müzakirə olunub.
Rusiya-ABŞ-Ukrayna formatında növbəti üçtərəfli danışıqların 17–18 fevral tarixlərində Cenevrə şəhərində keçirilməsi planlaşdırılır. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.