Çeçenistan Respublikasının Seçki Komissiyası keçirilən iclasda Ramzan Kadırovu vilayət qubernatoru vəzifəsinə namizəd kimi qeydə alıb.
Teleqraf xəbər verir ki, bu barədə vilayət seçki komissiyasının "Telegram" kanalında məlumat verilib.
"Bu gün, 6 avqust 2026-cı il tarixində Çeçenistan Respublikasının Seçki Komissiyası öz iclasında "Vahid Rusiya" siyasi partiyasının Çeçenistan regional bölməsi tərəfindən irəli sürülən Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovu Çeçenistan Respublikasının rəhbəri vəzifəsinə namizəd kimi qeydə alıb", - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, Kadırov Çeçenistan Respublikasına 19 ildir ki, rəhbərlik edir. O, ilk dəfə 2007-ci ilin fevral ayında Çeçenistanın müvəqqəti prezidenti təyin edilib, mart ayında regional parlament tərəfindən təsdiqlənib və aprel ayında vəzifəsinin icrasına başlayıb.