“Qazaxıstan süperprezident idarəetmə formasından tamamilə ayrılır, təsirli və nüfuzlu parlamentə malik prezident respublikasına doğru irəliləyir”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin genişləndirilmiş iclasında deyib.
“Konstitusiyaya təklif olunan dəyişikliklər bu prosesi təbii şəkildə davam etdirir. Son illərdə, o cümlədən 2022-ci ildə həyata keçirilmiş konstitusiya islahatı da daxil olmaqla, siyasi dəyişikliklər Qazaxıstanın konstitusion əsaslarının tam yenidən qurulması zəruriliyini ortaya qoyur”, - o bildirib.
Tokayev qeyd edib ki, yeni Konstitusiya layihəsində əks olunan normalar Qazaxıstanın siyasi sisteminin inkişaf ardıcıllığı və məntiqini “güclü prezident-nüfuzlu parlament-hesabatlı hökumət” konsepsiyası əsasında möhkəmləndirir.
O izah edib ki, söhbət dövlət idarəçiliyində yeni sistemin yaradılmasından gedir:
“Təklif olunan yeniliklər tarazlığı gücləndirmək, hakimiyyət səlahiyyətlərini yenidən bölüşdürmək və ən əsası, bütün siyasi institutların dayanıqlılıq və effektivliyini artırmaq imkanı verəcək. Yeni Konstitusiya layihəsində “dövlət insan üçün yox, insan dövlət üçün” prinsipi daha aydın şəkildə əks olunub, Bu, 2019-cu ildən etibarən ardıcıl olaraq irəlilədikləri hədəfdir”.