Kırım Rusiya ərazisi kimi tanınsa, Zelenskinin sonu Saakaşvilidən daha pis olacaq -Politoloq
Yusif Nəzərli
13:48 23.04.2025
Dünya
567
Amerika Birləşmiş Ştatları bu gün olacaq görüşdə Londonda Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlarda Avropa ölkələrinə Krımın Rusiya ərazisi kimi tanınmasını təklif edəcək.
Bununla bağlı “Washington Post“ öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə təklif mümkün sülh sazişi çərçivəsində veriləcək. Vaşinqton cəbhə xəttinin dondurulması məsələsini də qaldıracaq.
AĞ Partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, onsuz da gedişat bunu göstərirdi:
“2014-cü ildə Krım işğal ediləndə ruslar Donbasa ona görə girdilər ki, oradan tampon bölgə kimi istifadə etsinlər və Krımla dəyişsinlər. Donbasda ruslara müxtariyyət verilməyə başladı. Həmin vaxt Ukrayna bunun əleyhinə çıxdı. Artıq elə bir vəziyyət yaranıb ki, Ukrayna daha çox ərazi itirir. Əvvəl Rusiya Krımı tanımaqla bağlı təklif irəli sürürdü. Amma indi vəziyyət dəyişib və Amerika bununla bağlı Avropa ölkələrinə müraciət edir necə ki, Qolan təpələrini İsrailin ərazisi kimi tanıyıb. Digər tərəfdən Amerika və Avropa Krımı tanıdıqdan sonra Kosova presidenti olacaq. Amerika Ukraynanı bununla bağlı razılığı gətirsə, Zelenskinin siyasi kimlik olaraq sonu deməkdir. Belə olan halda Zelenskinin sonu Mixail Saakaşvilidən daha pis olacaq. Ukraynanın indiki hakimiyyəti, Zelenski iqtidarının əksəriyyəti Ukrayna millətindən deyillər.
Hakimiyyətdə olanlar daha çox yəhudi əsillidir. Bir dövlətin başında olan şəxsin başqa millətdən olması annormallıqdır. Həmin milli kimlik səni müharibəyə sürükləyərək ərazilərinin işğal olunmasına səbəb olur. Amma bu məsələdə cavabdeh təbii ki, ukraynalılardır. Onlar öz millətindən olmayan və səhnədən gələn bir aktyoru prezident seçəndə bunu fikirləşməliydilər. Zelenskinin sponsoru isə digər bir yahudi şəxs olan Ukraynanın ən zəngin adamlarından biri Kolomoyski idi. Zelenski və Ukrayna üçün vəziyyət faciəvi sonluqla yekunlaşacaq. Amma Zelenski Amerikaya gedərək təhlükəsizlik təminatı alaraq San-Fransisko və Los Angelesdə villalarından birində rahat yaşayar. Əgər villaları yoxdursa, onun üçün təşkil edərlər, yaxud da özü ala bilər, kasıb adam deyil ki”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya