KİV: ABŞ İrana İsrailin Livana hücumlarını artırmayacağını bildirib

ABŞ İrana İsrailin Livana hücumlarını artırmayacağı mesajını çatdırıb.

Bu barədə CNN məlumatlı mənbəyə istinadən xəbər verir.

Mənbə “Hizbullah”ı atəşkəsi pozmaqda ittiham edib və təşkilatın atəşi dayandırmalı olduğunu vurğulayıb.

CNN-in daha əvvəl yaydığı məlumatda deyilir ki, İran ABŞ-la danışıqlardan əvvəl Livanda döyüşlərin dayandırılacağına zəmanət tələb edir.