KİV: Atəşkəsə baxmayaraq HAMAS Qəzza zolağına nəzarəti bərpa edir

İsraillə atəşkəs razılaşmasından iki saat sonra artıq HAMAS Qəzza zolağına nəzarəti geri almağa başlayıb.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Financial Times” (FT) məlumat yayıb.


Qəzetin məlumatına görə, silahlılardan ibarət qrup anklavı geri almaq üçün Qəzza zolağı boyunca sürətlə irəliləyir.

HƏMAS həmçinin nəzarət-buraxılış məntəqələri yaradıb və İsraillə əməkdaşlıqda şübhəli bilinən fələstinliləri fəal şəkildə axtarır.