KİV: İsrailin Qəzzaya hava hücumlarında 28 nəfər həlak olub - YENİLƏNİB

İsrailin ötən gecədən bəri Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 28 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, həlak olanlar arasında qadın və uşaqlar da var.

“Zərbələr HƏMAS və İslami Cihad terror qruplaşmalarının dörd komandirini, həmçinin bir silah anbarı, bir silah istehsalı sahəsi və iki raket atma mövqeyini hədəf alıb”,- məlumatda qeyd edilib.

***

14.33

İsrailin ötən gecədən bəri Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 22 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd edək ki, İsrailin hərbi hava qüvvələri ötən gecədən bəri Qəzza zolağında HAMAS hədəfləri zərbələr endirir.

HAMAS bu hücumları atəşkəsin ciddi şəkildə pozulması hesab edir.