KİV: Navalni nadir zəhərlə öldürülüb

Rusiyada sabiq müxalifətçi Aleksey Navalni Ekvadorda mövcud olan zəhərli qurbağalarda tapılan zəhərlə öldürülüb.

APA “Sky News“a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya, Almaniya, Niderland, İsveç və Fransadan olan mütəxəssislər birgə tədqiqatdan sonra belə qənaətə gəlib.

Bildirilib ki, bu ultra-toksik zəhər Cənubi Amerikada mövcud olan zəhərli qurbağaların dərisindən götürülüb və Navalninin qalıqları üzərində aparılan araşdırmalarda bu zəhərin elementləri tapılıb.

“Epibatadin” adlı bu zəhərin nadir və həddən artıq güclü təsirə malik olduğu bildirilir.

Hətta yüksək toksiklik səviyyəsinə görə tibbdə istifadə olunmur və mikrodozası belə ölümcül ola bilər.

Qeyd edək ki, Aleksey Navalni 2024-cü il fevralın 16-da Rusiyada həbsdə olarkən qəflətən dünyasını dəyişib.

47 yaşlı müxalifətçi Rusiya hökuməti əleyhinə korrupsiya ittihamları irəli sürürdü.