KİV: Tramp Netanyahuya qarşı nalayiq ifadələrdən istifadə edib

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunun HƏMAS razılaşması ilə bağlı skeptisizminə ədəbsiz ifadələrlə cavab verib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp Netanyahunun HƏMAS-ın ABŞ prezidentinin şərtləri ilə razılaşmasının heç bir mənası olmadığını deməsinə “Lənət olsun, niyə həmişə bu qədər mənfi düçünürsünüz?” - deyə, ədəbsiz ifadələrlə cavab verib.

"Axios"un mənbələri iddia edir ki, ABŞ prezidenti İsrailin baş nazirini “qələbəni qəbul etməyə” çağırıb. Bildirilir ki, bu söhbət Trampın İsrail-Fələstin münaqişəsinə son qoymaqda qətiyyətini təsdiq edib.