KİV:Türkiyə Səudiyyə Ərəbistanı–Pakistan hərbi müqaviləsinə qoşulmaq ərəfəsindədir

Türkiyə nüvə silahına sahib Pakistan və Səudiyyə Ərəbistanı arasında qurulmuş hərbi müdafiə ittifaqına qoşulmaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, danışıqlar artıq son mərhələyə çatıb və razılaşmanın imzalanması yaxın zamanlarda baş tuta bilər.

Bildirilir ki, bu baş verərsə Orta Şərqdə və daha geniş regionda güc balansını dəyişdirə biləcək yeni təhlükəsizlik ittifaqı yaranacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Pakistan arasında ötən ilin sentyabr ayında imzalanmış razılaşmaya görə, NATO-nun 5-ci maddəsində olduğu kimi “hər hansı bir təcavüz” hər iki ölkəyə qarşı edilən hücum kimi qəbul olunur.