Kiyev Rusiyalı 100-dən çox musiqiçinin bloklanmasını tələb edir

Vladimir Zelenski administrasiyası beynəlxalq striminq platformalarından Ukrayna ərazisində 100-dən çox rusiyalı ifaçının musiqilərinə girişin bloklanmasını tələb etməyi planlaşdırır.

Sherg.az xəbər verir ki, bu barədə Zelenskiy ofisinin sanksiya siyasəti üzrə nümayəndəsi Vladislav Vlasyuk bildirib.

“İstəyirik ki, populyar ifaçıların aylıq və ya illik reytinqlərində striminq platformalarında rusiyalı təbliğatçıların mahnıları olmasın”, - deyə Vlasyuk qeyd edib. Onun açıqlamasının videosu Ukraynanın "Strana" nəşri tərəfindən Telegram kanalında paylaşılıb.

Vlasyuk həmçinin bildirib ki, Ukrayna hökuməti artıq 100-dən çox rusiyalı musiqiçiyə qarşı sanksiyalar tətbiq edib. O əlavə edib:

“Düşünürəm ki, bu siyahını bir qədər genişləndirəcəyik və striminq platformalarını Ukrayna ərazisində bu kontentin mövcud olmamasına inandırmağa çalışacağıq.”

Ukrayna hakimiyyəti mədəni həyatdan Rusiyaya aid bütün elementləri çıxarmaq istiqamətində fəal siyasət aparır. Keçən ilin yayında Ukrayna dil ombudsmanı Yelena Ivanovskaya Spotify, Apple Music və YouTube Music kimi platformalarda rus musiqisinin bloklanmasını tələb etmişdi.