Knesset İordan çayının qərb sahilindən olan və terrorda şübhəli bilinərək məhkum edilmiş fələstinliləri üçün ölüm cəzasının nəzərdə tutulduğu qanun layihəsini səsə qoyaraq qəbul edib.
APA xəbər verir ki, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir məlumat verib.
"Tarix yazıldı! Biz söz verdik və onu yerinə yetirdik. Terrorçular üçün ölüm cəzası qanunu İsrail Dövlətinin qanun kitabına əlavə edildi", - nazir sosial media hesabında yazıb.
Qeyd edək ki, Ben-Qvir qanun layihəsini parlamentə təqdim edən ifrat sağçı Otzma Yehudit (Yəhudi Gücü) partiyasına rəhbərlik edir.
Qanun layihəsi 62 lehinə, 48 əleyhinə səslə qəbul edilib.
Təxminən 12 saatlıq müzakirədən sonra təsdiqlənən qanun layihəsinə görə, hərbi məhkəmələr tərəfindən terror aktlarında ittiham olunaraq məhkum edilmiş fələstinlilər standart cəza olaraq asılmaqla edam olunacaqlar.