Kolumbiyanın şimal-qərbində məktəbliləri daşıyan avtobusun qəzaya düşməsi nəticəsində 16 nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb. İlkin məlumata görə, məktəblilərin olduğu turizm avtobusu idarəetməni itirərək dərəyə aşıb.
Antyokiya departamentinin qubernatoru Andres Xulian Rendon bildirib ki, avtobus lisey şagirdlərini ekskursiyadan geri aparırmış. Onun sözlərinə görə, hadisə nəticəsində 20 nəfər də xəsarət alıb.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Tatarıstan Respublikasının Almetyevsk rayonunda beş avtomobilin iştirakı ilə baş verən yol qəzasında iki nəfər ölüb.