Konqoda Ebola virusuna yoluxma sayı 1203-ə çatıb

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiq olunmuş yoluxma sayı 1203 nəfərə çatıb. Virusdan ölənlərin sayı isə 304 nəfər olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. Qeyd olunur ki, ABŞ səhiyyə orqanları bu artıma cavab olaraq virusla mübarizəni “birinci dərəcə”yə qaldırıblar. ABŞ tərəfindən Konqo və Uqandaya eksperimental müalicə dəstləri göndərilib.

Bildirilir ki, epidemioloji və bioloji nəzarətin gücləndirilməsi yoluxma hallarının erkən aşkarlanmasına kömək edib. Bu isə infeksiyanın əhali arasında həftəlik yayılmasının artmaqda davam etdiyini təsdiqləyir.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bildirib ki, qitədə Ebola epidemiyasının qarşısının alınması üçün lazımi maliyyə əvvəlkilərlə müqayisədə üç dəfə artaraq 1.4 milyard dollara çatıb.