Demokratik Konqo Respublikasının cənubunda yerləşən şaxtada torpaq sürüşməsi nəticəsində 10-dan çox insan həlak olub.
APA xəbər verir kio, bu barədə "Actualite" portalı məlumat yayıb.
Məlumata görə, uzunmüddətli yağışlardan sonra mis və kobaltın qeyri-qanuni hasil edildiyi şaxtada torpaq sürüşməsi baş verib.
Hadisə nəticəsində azı 11 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.
Faciə fevralın 7-nə keçən gecə baş versə də, bu barədə məlumat yalnız indi yayılıb.