"Bölgədəki böhranın həllinə yönəlmiş istənilən beynəlxalq danışıqlara və ya razılaşmalara KƏŞ üzv dövlətlərinin daxil edilməsi vacibdir".
Teleqraf xəbər verir ki, bu fikirləri Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Əl-Bədəvi "Əmirliklərin Səsi" radiosuna açıqlamasında deyib.
O, bu addımın onların təhlükəsizliyini və sabitliyini təmin edəcəyini və hücumların təkrarlanmasının qarşısını alacağı ilə əlaqələndirib.
Əl-Bədəvi deyib ki, İran 25 günlük müddətdə Körfəz Əməkdaşlıq Şurası ölkələrinə 5000-dən çox ballistik raket və dronla hücum edib və bunların əksəriyyəti zərərsizləşdirilib: "Lakin bəzi hücumlar mülki hədəflərə dəyib və nəticədə itkilər və maddi ziyana səbəb olub".
O qeyd edib ki, bu hücumlar enerji obyektləri, duzsuzlaşdırma zavodları və hava limanları da daxil olmaqla həyati əhəmiyyətli infrastruktur obyektlərini hədəf alıb. Həmçinin hücumlar bir neçə Körfəz ölkəsində hava nəqliyyatının qismən pozulmasına səbəb olub.
Əl-Bədəvinin sözlərinə görə, Körfəz Əməkdaşlıq Şurası ölkələrinin qlobal iqtisadiyyatının təməl daşıdır: "Gündə təxminən 16 milyon barel neft istehsal olunur ki, bu da qlobal istehsalın 22%-nə bərabərdir. Bu ölkələr həmçinin dünya xam neftinin 27%-ni ixrac edir".
O, Hörmüz boğazının bağlanması və ya naviqasiyanın pozulması da daxil olmaqla, regionun təhlükəsizliyinə hər hansı bir təhdidin qlobal enerji bazarlarının və təchizat zəncirlərinin sabitliyinə birbaşa təsir edəcəyini vurğulayıb.
Baş katib Körfəz Əməkdaşlıq Şurası dövlətlərinin gərginliyə baxmayaraq, təmkinli olduqlarını vurğulayaraq, heç bir hərbi əməliyyatda iştirak etmədiklərini və ərazilərinin hücumlarda istifadəsinə icazə vermədiklərini deyib. O, diplomatik həllər çağırışının davam etdiyini əlavə edib.
O həmçinin bildirib ki, Körfəz dövlətləri ABŞ və İsrailin İrana hücumlarından təəccüblənsələr də, regional sabitliyin tərəfdarı kimi çıxış etməyə davam edirlər. Bu, onların beynəlxalq hüquqa və legitimliyə sadiqliyindən irəli gəlir.
Əl-Bədəvi Birgə Müdafiə Sazişinə əsasən, üzv dövlətə edilən hər hansı bir hücumun bütün Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərə edilən hücum hesab edildiyini təsdiqləyib. O, Şuranın təhlükəsizliyini və maraqlarını qorumaq üçün kollektiv koordinasiyasını davam etdirəcəyini bildirib: "Regional sabitlikdə və qlobal iqtisadiyyatda əsas rol oynadığımız nəzərə alınmaqla, Körfəz dövlətləri istənilən siyasi həllə cəlb edilməsi vacibdir".