Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Vladimir Zelenskinin dekabrda Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində görüşməsini mümkünsüz hesab edib.
Sherg.az xəbər verir ki, Peskov Moskvanın mövqeyinə əsasən, iki liderin mümkün görüşü yalnız Rusiyanın paytaxtında baş tuta biləcəyini qeyd edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov da Zelenskinin Moskvaya dəvət olunmasını Rusiyanın “xoşməramlılığının böyük jesti” adlandırıb.