Rusiyanın Kalininqradı blokadaya almaq cəhdlərinin nəticələri ilə bağlı xəbərdarlığı qarşıdurma bəyanatı kimi qəbul edilməməlidir.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O vurğulayıb ki, xəbərdarlığın Avropanın davam edən militarizasiyası fonunda edilib.
Qeyd edək ki, rəsmi Moskva əvvəl Avropa paytaxtlarındakı səfirlikləri vasitəsi ilə NATO-ya Kalininqradı blokadaya alacağı təqdirdə, nüvə silahları da daxil olmaqla bütün arsenalından istifadə etməyə hazır olduqları barədə xəbərdarlıq edib. Daha sonra Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Kalininqradın blokadasına Rusiyanın nüvə cavabının normativ sənədlərdə qeyd olunduğunu bəyan edərək Avropanı nüvə silahı hədələyib.