Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampı 9 May Qələbə Paradına dəvət etməyib. Sherg.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən bildirib.

“Xeyr”, - deyə Kreml nümayəndəsi müvafiq suala cavab verib.

Qeyd edək ki, Rusiya və ABŞ liderləri arasında telefon danışığı bir gün əvvəl baş tutub.