Rusiya ABŞ-ın Berlində Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların nəticələri barədə ona məlumat verməsini gözləyir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva və Vaşinqton hazırda Berlin danışıqlarının gedişatını müzakirə etmirlər.
Peskov Ukrayna münaqişəsinin həllinin mümkün vaxtı ilə bağlı proqnozları minnətdarlıqla qarşılanmayan bir vəzifə adlandırıb.
O, Moskvanın sülhə açıq olduğunu, lakin münaqişədə müvəqqəti fasilələr üçün hiylələrə açıq olmadığını vurğulayıb.
Kremlin sözçüsü qeyd edib ki, Moskva danışıqlar prosesini "meqafon formatında" aparmaq istəmir.