Kuba ABŞ-la dialoqa hazır olduğunu bəyan edib

Kuba ABŞ-la dialoqa hazırdır.

APA xəbər verir ki, bunu Kubanın BMT-dəki daimi nayəndəsi Ernesto Qusman jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qarşılıqlı hörmət və bərabərlik gözlənilməli, suverenliyə isə müdaxilə edilməməsidir.

Rəsmi Havana daxili siyasi məsələlərin müzakirə mövzusu olmadığını vurğulayaraq, yalnız qarşılıqlı maraq doğuran sahələrdə danışıqlara açıq olduğunu qeyd edib.