Lavrov: Ukrayna danışıqlarında hələ uzun yol var

Rusiya XİN rəhbəri Sergey Lavrov NTV-yə müsahibəsində Ukrayna üzrə danışıqların davam etdiyini və qarşıda uzun bir mərhələnin olduğunu bildirib. Onun sözlərinə görə, ikinci raund Əbu-Dabidə keçirilib, lakin yekun sülhə hələ çatılmayıb.

Sherg.az xəbər verir ki, Lavrov ABŞ Prezidenti Donald Trampın səylərinə həddindən artıq nikbin yanaşılmamasını istəyib və “hələ sülh nöqtəsində deyilik” deyə vurğulayıb. Tərəflər üçün ən çətin məsələlər ərazi və təhlükəsizlik zəmanətləri olaraq qalır. Rusiya Qərb hərbçilərinin Ukraynada yerləşdirilməsini qəbuledilməz sayır, Kiyev isə ərazi iddialarından imtina etmədiyini bildirir.