Leyen: Ukrayna münaqişəsinin həlli üçün 20 maddəlik sülh planı formalaşır

Ukraynada davam edən münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar irəliləyir və 20 maddəlik plan formalaşır.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

Onun sözlərinə görə, danışıqlarda ən çətin mövzu ərazi məsələsidir:

"Düşünürəm ki, ən çətin məsələlərdən biri ərazilərlə bağlıdır və bu, yalnız Ukrayna Prezidenti Volodimir Zelenski və onun xalqının həll edə biləcəyi bir məsələdir. Onlar sülhü təmin etməlidirlər".