Litva Belarusla sərhəd yaxınlığındakı hava məkanında uçuş qadağasını uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə Baltikyanı respublikanın ordu komandanlığı məlumat yayıb.
"Təyin olunmuş ərazilərdə uçuş qadağası 2026-cı il fevralın 1-dək uzadılıb", - məlumatda deyilir.
Oktyabrın 2-də Litva Belarusla sərhədində hava məkanının qismən bağlanmasını dekabr ayına qədər uzadıb. Bu qərar təhlükəsizlik vəziyyəti və sərhədi pozan dronlarla bağlı mülki aviasiya üçün potensial risklər nəzərə alınaraq qəbul edilib.