Litva Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib.
Teleqraf xəbər verir ki, Vilnüs Rusiya Xarici İşlər Nazirliyinin Kiyevdəki diplomatik korpus nümayəndələrinin təxliyəsi ilə bağlı xarici dövlətlərə verdiyi xəbərdarlığı qəti şəkildə pisləyib.
"Rusiyanın bu açıqlamaları Kiyevdəki xarici səfirliklərə qarşı birbaşa, kinayəli və görünməmiş güc tətbiqi təhdidi kimi qəbul edilməlidir. Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü, eləcə də açıq bəyanatları BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində təsbit edilmiş güc tətbiqi və ya təhdidinin qadağan edilməsini və BMT Nizamnaməsində təsbit edilmiş digər beynəlxalq hüquq prinsiplərini açıq şəkildə pozur. Litva bu təhdidləri qəti şəkildə rədd edir və Rusiyanın Ukraynaya qarşı təcavüzünə, müharibə cinayətlərinə, insanlığa qarşı cinayətlərinə dərhal son qoymasını, işğalçı qüvvələrini Ukraynanın beynəlxalq səviyyədə tanınmış bütün ərazisindən çıxarmasını tələb edir" - məlumatda qeyd olunur.