Livan Ordusu Suriya ilə sərhəddə fövqəladə təhlükəsizlik tədbirləri görüb
Yusif Nəzərli
17:06 25.04.2025
Dünya
1003
Livan Ordusu Suriya ilə sərhəddə fövqəladə təhlükəsizlik tədbirləri görüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livan Silahlı Qüvvələrindən bildirilib.
Açıqlamada Hirmil şəhərinin sərhəd bölgəsində qaçaqmalçılıqla bağlı gərginliyə görə Livandan Suriya ərazisinə atəş açıldığı və bundan sonra Suriyanın cavabı ilə hər iki tərəfdən yaralananların olduğu qeyd edilib.
Bildirilib ki, hadisədən sonra Suriya sərhədində fövqəladə təhlükəsizlik tədbirləri görülərək Livandan Suriya tərəfinə atəş açan şəxs hərbi birləşmələrin fəaliyyəti nəticəsində ələ keçirilib.
Livan ordusu sərhəddə ciddi təhlükəsizlik tədbirləri görməklə yanaşı, insidentlərdə iştirak edən digər şəxslərin tutulması üçün səylərinin davam etdiyi bildirilib.
Qeyd edək ki, Suriya rəsmi agentliyi SANA "Hizbullah"ın Humusun qərbində yerləşən Əl-Kusayr bölgəsindəki Suriya hərbi birliklərinə Livandan 5 raketlə hücum etdiyini bildirmişdi. Suriya hərbi birliklərinin hücuma cavab verdiyi, hadisələrlə bağlı Suriya Müdafiə Nazirliyinin livanlı həmkarları ilə əlaqə saxlayaraq vəziyyəti qiymətləndirdiyi bildirilmişdi.
Livanın Suriya sərhəd xəttindəki Havş əs-Seyyid Əli və Maşrafa qəsəbələrində keçən ay da toqquşmalar baş vermişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya