Londonda İran İslam Respublikasının səfirliyinin binasında etiraz aksiyası zamanı naməlum şəxs diplomatik nümayəndəliyin eyvanına çıxaraq ölkənin bayrağını şah dövrünün bayrağı ilə əvəzləyib.
APA xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə yerində polis əməkdaşları var.
Asayişin pozulmasının qarşısını almaq məqsədilə əlavə polis qüvvələri də əraziyə cəlb olunub.