Macarıstan ABŞ-dən 5 il ərzində 2 milyard kub metr həcmində təbii qaz alacaq.
APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “X” hesabında məlumat verib.
O bildirib ki, iki ölkə arasında bu gün imzalanan razılaşmaya əsasən, Macarıstan ABŞ-dən illik 400 milyon kub metr həcmində mayeləşdirilmiş təbii qaz alacaq və bu proses nəticəsində növbəti 5 il ərzində Macarıstana 2 milyard kub metrlik qaz tədarük ediləcək.
“Biz enerjini mümkün olduğu qədər çox mənbədən və mümkün olduqca fərqli marşrutlar vasitəsilə almaqda maraqlıyıq. Bu da bizim üçün ən ucuz qiymətləri mümkün edir”, - Siyarto qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Macarıstan XİN rəhbəri ölkəsinin Azərbaycandan 800 milyon kub metr həcmində təbii qaz alacağını elan etmişdi.