ABŞ devrilmiş Venesuela lideri Nikolas Maduroya qarşı əlavə ittihamlar irəli sürəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclasında jurnalistlərə bildirib.
Qeyd edək ki, 3 yanvar tarixində ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyat keçirib və ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silia Floresi həbs edərək ölkədən aparıb. Hazırda Maduro narkoterrorizm və narkotiklərlə bağlı ittihamlarla üzləşib.