Mask “Twitter”i “X”ə dəyişməsinin səbəbini açıqladı
Mask “Twitter”i “X”ə dəyişməsinin səbəbini açıqladı
Yusif Nəzərli
09:26 25.07.2023
Dünya
461
Amerikalı milyarder İlon Mask “Twitter”in rebrendinqinin səbəbini izah edib. Onun sözlərinə görə, bu, sosial şəbəkənin konsepsiyasının dəyişməsi ilə əlaqədardır.
Mask bildirib ki, ingilislərin “tweet” (“civildəmək”) sözündən götürülən köhnə ad və loqo yeni konseptdə artıq məna kəsb etmir. Belə ki, əgər sosial şəbəkə əvvəllər qısa “tweet”lər üçün nəzərdə tutulmuşdusa, indi orada, demək olar ki, hər şeyi, o cümlədən bir neçə saatlıq videoları yerləşdirmək mümkün olacaq.
Milyarder, həmçinin, “Twitter”i söz azadlığını təmin etmək və “hər şey üçün tətbiq” yaratmaq məqsədilə aldığını, buna görə də söhbətin yalnız adın dəyişdirilməsindən getmədiyini vurğulayıb. Mask qarşıdakı aylarda funksionallığı daha da genişləndirəcəyini - maliyyəni idarə etmək bacarığının əlavə ediləcəyini, yeni ünsiyyət üsulları yaradacağını vəd verib.
O da vurğulanıb ki, genişmiqyaslı rebrendinqdən sonra “Twitter”də paylaşımlar öyrəşildiyi kimi “tweet” deyil, “iks” adlandırılacaq.
Xatırladaq ki, Mask daha əvvəl x.com domeninin istifadəçilərini avtomatik olaraq “Twitter”ə yönləndirəcəyini bildirmişdi. İyunun 1-də sahibkar “Twitter”ın adını dəyişmək planlarından danışmış, 22-də isə şirkətin loqosunda quş əvəzinə “X” hərfinin olacağını bəyan etmişdi. İyulun 24-də “Twitter” şirkətinin eyniadlı sosial şəbəkədəki rəsmi hesabının adı “X”ə dəyişdirildi, hesabın avatarı da mavi quş yox, qara fonda ağ “X” oldu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birlikdə idman edən cütlüklər daha xoşbəxtdirlər - Araşdırma
07:17 19.08.2026
Sağlamlıq
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol