Böyük Britaniya şahzadəsi Harrinin xanımı, Sasseks hersoginyası Meqan Markl onunla görüşməyən atası ilə əlaqə yaratmağa çalışır.
Sherg.az xəbər verir ki, Meqan, taxt-tacın varisi Prens Uilyamın kiçik qardaşı Prens Harri ilə 2018-ci ildə evlənmişdi. Sosial media və digər vasitələrdən istifadə edərək kral ailəsi haqqında səs-küylü açıqlamalar verən cütlük, Krallıq ailəsi barədə bir sıra diqqətçəkən məqamları gündəmə gətirmişdi. 2020-ci ildə isə cütlük Krallıq ailəsinin rəsmi vəzifələrindən geri çəkildiklərini elan etmişdi.
Meqan Marklın sözçüsü, Marklın Filippində yaşayan atasının ayağının kəsilərək amputasiya edildiyi xəbərlərini təsdiqləyib.
Toydan bir neçə gün əvvəl Tomas Markl səhhətindəki problemlərə görə mərasimə qatılmayacağını açıqlamış və paparassilərə poz verdiyini etiraf etmişdi.
İngilis mətbuatı Tomas Marklın bu ilin əvvəlində Meksikadan Filippinlərə köçdüyünü yazmışdı. Həmin vaxtdan bəri ata və qız görüşməyiblər.
Meqan Markl atasının amputasiya edildiyi xəbərlərdən sonra onunla əlaqə yaradıb. Meqanın atası ilə münasibətlərini düzəltmək istədiyi düşünülür.