Merkellə Putin nələri müzakirə edəcək?: “Sürpizin olacağı gözlənilmir”

Rusiya prezidenti Vladimir Putin 20 avqustda Moskvada Almaniya kansleri Angela Merkellə danışıqlar aparacaq.  Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyətini və inkişaf perspektivlərini müzakirə etmək, bir sıra aktual beynəlxalq və regional problemləri müzakirə etmək planlaşdırılır", - deyə məlumatda deyilir.

Sentyabrda Almaniyada yeni kansler seçkiləri keçiriləcək. O, birbaşa səsvermə yolu ilə seçilmir: yeni hökumətə yüksək partnyor olaraq girəcək, yəni seçkilərdə ən çox səs toplayan və yeni Bundestaqda ən böyük fraksiyanı formalaşdıracaq partiyadan kansler namizədi olur.

Bundan əvvəl Putin və Merkel Rusiya qazının Ukraynaya tranziti və 2024 -cü ildən sonra uzadılması ehtimal olunan " Şimal axını 2" müqaviləsini və Minsk razılaşmalarını müzakirə ediblər. Liderlər "Şimal axını 2" qaz kəmərinin yaxın zamanda tamamlanmasından məmnun olduqlarını bildiriblər.



Siyasi analitik Rusif Məmmədsoy liderlər arasındakı görüş barədə proqnozlarını “Sherg.az”la bölüşdü:

“Almaniya ilə Rusiya arasındakı münasibətlər yaxşıdır. Bu, özünü müxtəlif layihələrin icrasında göstərir. Bir neçə il əvvəl “Şimal axını-2” layihəsinin başa çatdırılması barədə Qərblə danışıqlar başlanmışdı. Amma Almaniya buna müqavimət göstərdi və bildirdi ki, layihənin sonadək davam etməsində maraqlıdır. Çünki bu, ona daha çox sərf edir. Ona görə də tərəflər arasındakı təmaslar təbiidir. Müzakirə zamanı sürpizin olacağı gözlənilmir”.