“Şərq” çox gərəkli qəzetdir - Professor Qulu Məhərrəmli 

“Şərq” qəzetinin 30 illik yubileyi münasibətilə təbriklər, xoş arzular və səmimi ürək sözləri ünvanımıza gəlməkdə davam edir. Tanınmış jurnalistlər, ziyalılar və millət vəkilləri bu əlamətdar yubileylə bağlı fikirlərini bölüşərək qəzetin fəaliyyətinə verdikləri dəyəri ifadə edirlər.

Bu dəfə Bakı Dövlət Universitetinin professoru, tanınmış media mütəxəssisi Qulu Məhərrəmli “Şərq” qəzetinə təbriklərini çatdırıb. Onun yubiley münasibətilə ünvanladığı ürək sözlərində deyilir:

““Şərq” səviyyəni saxlayan, peşəkar prinsipləri qoruyan, iddiasız, amma çox gərəkli qəzetdir.

30 illiyini təbrik edir və yenidən gündəlik nəşr olunmasını arzulayıram!”