Merkelsiz Almaniyaya çətin olacaq
08:33 28.09.2021
Dünya
674
O, dünyanın beş ən böyük siyasətçisindən biri idi
Almaniyada seçkilərin ilkin nəticələri açıqlanıb. İlkin nəticələrə görə, Almaniya Sosial Demokrat Partiyası 25.7 faiz səslə 299 seçki dairəsi üzrə qalib gəlib. Kansler Angela Merkelin Xristian Demokrat və Xristian Sosial Birliklər blokunu seçicilərin 24.1 faizi dəstəkləyib. Bəs, Merkeldən sonra Almaniyanı nə gözləyir?
Politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, kansler Angela Merkelsiz Almaniyaya çətin olacaq. Politoloq qeyd edib ki, çünki Merkel istənilən situasiyada həm ölkədaxili, həm Avropa Birliyi, həm də beynəlxalq aləmdə şərtləri korreksiya edən güclü bir siyasətçi idi:
"Hətta deyərdim ki, Merkel hər kəslə dil tapan, hər kəslə neytral davranmağı bacaran bir siyasət dahisi idi. O, dünyanın beş ən böyük siyasətçisindən biri hesab olunurdu. A.Merkelsiz Almaniya liderliyini əvvəlki mövqeyində saxlayacağına əmin deyiləm. Amma bir şeyi nəzərə ala bilərik ki, Almaniya dövlət aparatı çox güclü işləyir. Buna görə də rəhbərlikdə Merkel və ya başqasının olmasından asılı olmayaraq son 10 ildə Almaniya dövlətinin siyasi xətti nadir hallarda dəyişir. Ola bilsin ki, indi də eyni cür olacaq. Almaniyada siyasəti olduğu kimi davam etdirməyə çalışacaqlar. Amma Almaniya Sosial Demokratlar Partiyası Avropada müəyyən qədər Rusiyaya yaxınlığı ilə bilinir. Ola bilsin ki, bu məsələ ABŞ, xüsusilə də Qərb ilə müəyyən problemlər yaratsın".
Aynurə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm