Merts ABŞ təkliflərinə açıq şübhə ilə yanaşan yeganə Almaniya lideridir

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planının bir neçə müddəasına şübhə ilə yanaşdığını bildirib.

Teleqraf xəbər verir ki, belə bir iddia ilə Britaniyanın "Qardian" ("The Guardian") qəzeti çıxış edib.

Məqalədə deyilir ki, Merts ABŞ-nin bəzi təkliflərinə açıq şəkildə şübhə ilə yanaşan yeganə Almaniya lideridir.

"Merts narazı olduğu konkret məqamları açıqlamayıb. Amma Almaniya kansleri hesab edir ki, Avropanın danışıqlar üçün öz "kozırları" var", - nəşr bildirib .