Britaniya casusları Ukraynanı tək qoymayacaq.
Axar.az xəbər verir ki, bunu Mİ6 kəşfiyyat xidmətinin rəhbəri Blez Metreveli qurumun mənzil-qərargahında çıxışında deyib.
“Putinin Kiyevə dəstəyimizin sarsılmaz olduğuna şübhəsi olmamalıdır. Ukraynanın maraqları naminə göstərdiyimiz təzyiq davam edəcək”, - Metreveli bildirib.