
Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlıq gözlənilən bir prosesdir -Analitik
10:24 28.04.2025
Dünya
662
Şimali Koreya ilk dəfə olaraq Ukrayna ilə müharibədə döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini təsdiqləyib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
“Qoşunların göndərilməsi iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinə uyğun olaraq Şimali Koreya lideri Kim Çen İnin göstərişi əsasında həyata keçirilib. Ukrayna hakimiyyətinin Rusiyaya avantürist işğalını dəf etmək üçün Kursk vilayətinin azad edilməsi əməliyyatları qələbə ilə başa çatıb. KXDR silahlı qüvvələrinin bölmələri dövlət başçısı Kim Çen İnin əmrinə uyğun olaraq əməliyyatlarda iştirak edib”, - qeyd olunub.
Qeyd edək ki, Rusiyanın “Kremlyovskaya Tabakerka” kanalı Kursk vilayətində Şimali Koreyanın 8500 hərbçisinin öldüyünü, 11 min nəfərin isə yaralandığını yazmışdı.
Siyasi şərhçi Əziz Əlibəyli Sherg.az-a bildirib ki, son zamanlar Qərbin qüvvələrini zəiflətmək məqsədilə Koreya yarımadasında kiçikmiqyaslı toqquşmaların baş vermə ehtimalı müzakirəyə çıxarılıb:

"Xüsusilə 38-ci paralelin həm şimalında, həm də cənubunda orduların cəmləşməsi bu ehtimalları daha da gücləndirib. Əgər belə bir ssenari reallaşsaydı, Qərb, xüsusən də ABŞ və müttəfiqləri Ukrayna cəbhəsində topladıqları birləşmələrin müəyyən hissəsini Cənubi Koreyanın müdafiəsi üçün Koreya yarımadasına yönləndirmək məcburiyyətində qala bilərdi.
Bu konteksdə Şimali Koreyanın Rusiya ilə hərbi müttəfiqlik əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Şimali Koreya bir tərəfdən Rusiyanın yalnız olmadığını nümayiş etdirmək, digər tərəfdən isə limitsiz insan resursu ilə ona dəstək vermək üçün Ukrayna cəbhəsinə canlı qüvvə göndərməsi təəccübləndirici deyil. Çünki bu gün Şimali Koreyanın malik olduğu silah və ballistik raket imkanlarının formalaşmasında Rusiyanın rolu danılmazdır. Bütün bu faktlar göstərir ki, Moskva ilə Pxenyan arasında təhlükəsizlik sahəsində artan əməkdaşlıq təbii və gözlənilən bir prosesdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya