Moskvada yanğında 3 nəfər ölüb, 7 yaralı var

Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində yanğın baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanan binanın içərisində 200-ə qədər insan ola bilər.

Hazırda 21 nəfərin xilas edildiyi bildirilib.

Operativ xidmətlər yanğının yayıldığını bildirir.