Moskvadan İrəvana yeni avtobus reysi açılıb

Moskvadan İrəvana yeni beynəlxalq avtobus marşrutu istifadəyə verilib.

Sherg.az xəbər verir ki, Rusiyanın paytaxtında yerləşən "Krasnoqvardeyski" beynəlxalq avtovağzalından İrəvana avtobus reysləri həftədə bir dəfə - hər cümə axşamı həyata keçiriləcək.

Moskva Nəqliyyat Departamentinin məlumatına görə, yeni beynəlxalq marşrut Moskva Metropoliteninin vağzalların inkişafı xidməti və sərnişindaşıyıcıların birgə əməkdaşlığı nəticəsində açılıb.

Qeyd olunub ki, hazırda Moskva avtovağzallarından 170-dən çox şəhərlərarası və beynəlxalq marşrut üzrə sərnişindaşıma həyata keçirilir.