
Müharibənin ehtimalı yoxdur: Hindistan və Pakistan ilk atəş açan tərəf olmaq istəmir
08:32 28.04.2025
Dünya
577
Hindistanın hər hansı təxribat cəhdi cavabsız qalmayacaq, Pakistan xalqı ordusunun yanındadır və lazım gələrsə, birlikdə mübarizə aparmağa hazırdır. Pakistanın dəmir yolları naziri Hənif Abbasi öz iqamətgahında Hindistanla bağlı son hadisələrə dair keçirdiyi mətbuat konfransında deyib.
Abbasi qeyd edib ki, Pakistanın müdafiə sistemləri tam hazır vəziyyətdədir və "Quri", "Qəznəvi", o cümlədən "Şahin" raketləri elə-belə istehsal edilməyib. O bildirib ki, əgər Hindistan bizim su təchizatımızı kəssə, biz onların hava təchizatını kəsəcəyik.
Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, dünyada bir sıra dövlətlər arasındakı münasibətlər ölkələrin yarandığı gündən indiyə qədər qarşıdurma müstəvisində davam edib:

“Hindistan və Pakistan da həmin ölkələrdəndir. Bu ölkələrin müstəqillik əldə etməsindən indiyə qədər razılaşmadıqları və sərhədlərin tam olaraq formalaşmadığı geosiyasi reallıqlar mövcuddur. Terrorun baş verdiyi Kəşmir ərazisi bunun bariz nümunələrindən biridir. Terror hücumundan sonra hazırda həmin dövlətlər arasında yeni qarşıdurmanın başlama ehtimalı yaranıb. Hindistan terroru Pakistanın təşkil etdiyini bildirir. Pakistan isə iddia edir ki, Hindistan tərəfi münaqişə formalaşdırmaq üçün zəmin hazırlayıb. Ədalətli istintaq nəticəsində hansı tərəfin haqlı olduğunu müəyyən etmək olar. Lakin terrorla bağlı ədalətli mövqeyin olacağını düşünmürəm. Çünki iki tərəf də öz maraqlarından çıxış edəcəklər. İndiki geosiyasi vəziyyət ondan ibarətdir ki, heç kəs, xüsusilə də Hindistan və Pakistan kimi böyük dövlətlər ilk atəş açan tərəf olmaq istəmirlər. Onsuz da bütün dünyada səbr tükənib və dövlətlər milli maraqlarını qorumaq üçün tətikdə dayanıblar. Belə olan halda atəşi ilk açan tərəf üçün nəticələr daha fəsadlı ola bilər. Ona görə də Hindistan və Pakistan hadisənin şokuyla hərəkət etməli, mövqeylərini göstərməlidirlər. Müəyyən müddət sonra mövcud fikir ayrılıqlarının səngiyəcəyini və hər iki tərəfin əvvəlki şərtlərlə xarici siyasətlərinə geri qayıdacağının şahidi olacağıq. Yəni bundan sonra münaqişələr davam etsə belə, müharibənin ehtimalı yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya