
Müstəmləkəçi Fransa: Sülhə qarşı çıxan ölkədə Olimpiya oyunlarının keçirilməsi qəbuledilməzdir
13:11 15.05.2024
Dünya
544
İspaniya, Portuqaliya və İngiltərə müstəmləkəçilik tarixində ən fəal ölkələr olsa da, beynəlxalq münasibətlər ekspertlərinin şərhlərinə görə, Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən ölkələrdən biridir. Müasir müstəmləkəçiliyin əsasları Portuqaliya və İspaniya ilə qoyulsa da, Afrikadakı Qərb müstəmləkəçiliyi Fransadan başlayır. Fransa müasir dövlətlər arasında Afrika müstəmləkə planını formalaşdıran ilk ölkədir.
Fransa, Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır. Tarixi sənədlərdə də öz əksini tapdığı kimi, 1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımda 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib.
Qeyd edək ki, Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransada keçirilməsi planlaşdırılır.Tarixən işğalçılıq siyasəti ilə məşğul olan ölkədə isə bu il Olumpiya oyunlarının keçirilməsinə qarşı etirazlar mövcuddur.
Sözügedən məsələyə münasibət bildirən siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a bildirib ki, Fransa əvvəldən işğalçı ölkə olub:
“Xüsusilə də Afrika qitəsini işğal altında saxlayıb. Daha sonra həmin ərazidə başlanan azadlıq hərəkatını yatızdırmaq üçün bir növ öz işğalçılıq siyasətinə dəyişiklik etdi. Yəni dolayısı ilə ölkələrə müəyyən qədər azadlıq versə də, öz koloniyası altında saxlamağa başladı. Bu isə 21 əsrin müasir işğalçılıq siyasəti sayılır. Bu gün Yeni Kaledoniyanın müstəqil olmaq istəklərinə qarşı Fransanın aqressiv münasibəti təsadüfi deyil. Afrikanın tarixinə nəzər yetirən zaman görürür ki, böyük ölçüdə baş verən soyqrım və qırğınların hər birində rəsmi Parisin böyük rolu olub. Əlcəzair Fransanın ən böyük və ağır soyqrımlarından biridir. Fransa ölkələrin valyutasına və iqtisatiyatına qədər əl qoyub. Fransanın müsləmləkəçisi olan dövlətlərin sadəcə adı var. Çünki hər şeyləri Fransanın nəzarəti altındadır. Haqlı olaraq həmin xalqlar etiraz etməyə başlayırlar. Onlar anlayırlar ki, almaz sahəsində Afrikada ən zəngin olan ölkələr belə yoxsulluq içərisindədir. Ümumiyyətlə, Afrikanın bütün təbii sərvətləri Fransaya axın olunur və Afrika xalqının heç biri ondan qazanc kimi istifadə etmir”.

Ekspert qeyd edib ki, belə bir ölkənin demokratiyadan və insan haqqlarından danışması absurddur:
“Fransa başda olmaqla Qərbin bir çox ölkəsi müəyyən gücdən istifadə etməklə özləri haqqında imic formalaşdırmışdılar. Lakin müasir texnologiya o qədər inkişaf edib ki, dünyanın hər yerində nə baş verdiyini hər kəs bilir. Bütün bunların fonunda Fransada Olimpiya oyunlarının keçirilməsinin nə qədər düzgün olması sual doğurur. Çünki idman sülh deməkdir. Olimpiya oyunları da sülhün və bərabərliyin rəmzidir. Ona görə sülhə qarşı çıxan bir ölkədə Olimpiya oyunlarının həyata keçirilməsi qəbuledilməzdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya