NASA: "Falcon 9" raketinin fraqmenti plansız şəkildə Aya çırpılıb

NASA SpaceX şirkətinə məxsus Falcon 9 raketinin bir hissəsinin avqustun 5-də planlaşdırılmamış şəkildə Ayın səthinə çırpıldığını təsdiqləyib.

Sherg.az xəbər verir ki, NASA nümayəndəsi Kelsi Yanq bildirib ki, hadisə Yer üçün heç bir təhlükə yaratmır.

Onun sözlərinə görə, Ayın aşağı orbitindəki istifadə müddəti başa çatan avadanlıqların Ay səthinə yönəldilməsi texniki baxımdan təhlükəsiz utilizasiya üsullarından biridir. Bəzi kosmik missiyalarda bu, əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilir.

Daha əvvəl Daily Mail nəşri yazmışdı ki, raketin istifadə olunmuş pilləsinin fraqmenti saatda təxminən 9 min kilometr sürətlə Ayın səthinə çırpılıb və nəticədə yeni krater yaranıb.