NYT: Rusiya Xəzər dənizi vasitəsilə İrana pilotsuz təyyarə komponentləri göndərir

Rusiya Xəzər dənizi vasitəsilə İrana pilotsuz təyyarə komponentləri göndərir.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

"Uzun müddətdir adı çəkilməyən ticarət dəhlizi, ötən ay başa çatan ABŞ-İsrail bombardman kampaniyasından sonra İrana hərbi potensialını bərpa etməyə kömək edir. Amerika rəsmilərinin fikrincə, əgər Rusiya təchizatı eyni tempdə davam edərsə, İran tez bir zamanda dron arsenalını doldura bilər. Bu dronların təxminən 60 faizi son müharibə zamanı məhv edilmişdi" - məqalədə qeyd olunur.