Macarıstan Vətəndaş Birliyi Partiyası qarşıdan gələn parlament seçkilərində Viktor Orbanı hökumət başçısı vəzifəsinə namizəd seçib.
Teleqraf xəbər verir ki, bu barədə qərar Budapeştdə keçirilən Konqresində qəbul edilib.
Qurultay iştirakçıları yekdilliklə Orbanın namizədliyini dəstəkləyiblər. Orban ona etimad göstərdikləri üçün partiya üzvlərinə təşəkkür edib.
Viktor Orban ilk dəfə 1998-ci ildə Macarıstan hökumətinin başçısı olub. O, bu vəzifəni 2022-ci ilə qədər tutub, daha sonra isə 2010-cu ilin mayında Qordon Bajnaini əvəz edib.
Macarıstanda növbəti parlament seçkiləri 2026-cı ilin aprel ayında keçiriləcək.