Macarıstanın baş naziri Viktor Orban Ukraynaya 10 il ərzində 800 milyard avro həcmində maliyyə vəsaitinin ayrılmasının Avropa üçün ağır nəticələrə səbəb olacağını bildirib.
Teleqraf xəbər verir ki, Orban bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, belə bir addım Avropanı zəiflədəcək və iqtisadi çöküşə sürükləyəcək.
Macarıstan hökumətinin başçısı vurğulayıb ki, ölkəsi bundan sonra da ilk növbədə öz xalqının maraqlarını əsas tutacaq.
Qeyd edək ki, daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski münaqişə başa çatdıqdan sonra ölkənin bərpası üçün 800 milyard dollar cəlb etmək istədiklərini açıqlamışdı. Orban isə bu vəsaitin Ukraynaya verilməsinin Avropanın öz xalqına zərər vuracağını bildirib.