İsrail, İranın balistik raket proqramında “qırmızı xətti” keçməsi halında ABŞ-nin razılığı olmadan təkbaşına əməliyyat apara biləcəyini bildirib.
Sherg.az xəbər verir ki, mənbələrə görə, İsrail İranın raket infrastrukturunu “varoluş təhlükəsi” hesab edir və strateji silah sistemlərinin İsrail üçün təhdid yaratmasına icazə verməyəcək.
Baş nazir Netanyahu ABŞ səfərində Hava Qüvvələri Komandanı Tuğgeneral Omer Tishler ilə birgə müzakirələr aparacaq.